23 oktyabr 2024. Çərşənbə

Lill uduzdu, PSJ xal itirdi


Lill uduzdu, PSJ xal itirdi
Fransa çempionatında 18-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
 
“Monako” bu turda səfərdə “Loryan”ın qonağı olub və darmadağınla qalib gəlib. Lider Lion öz meydanında “Lans”ı məğlub edib.
 
Heyətində Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik kimi türk futbolçuları ilə çempionluq uğrunda mübarizə aparan “Lill” öz meydanında “Anje”ni sınağa çəkib. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb.
 
Baş məşqçi postuna Maurisio Poçettinonu gətirən PSJ bu tur çərçivəsində səfərdə “Sent-Etyen”in qonağı olub. Argentinalı mütəxəssisin debüt matçında komandası 1 xalla kifayətlənib.
 
Fransa Liqa 1
18-ci tur
6 yanvar
 
Brest – Nitsa 2:0
Qol: Munye, 23. Honorat, 28.
 
Loryan – Monako 2:5
Qol: Moffi, 31. Qravilyon, 67 – Disasi, 9. Qolovin, 64. Folland, 68. Diop, 78. Maripan, 89.
 
Mets – Bordo 0:0
 
Nant – Renn 0:0
 
Strasburq – Nim 5:0
Qol: Ayorke, 36; 51. Diallo, 38. Lala, 45+1. Majid, 90-pen.
 
Olimpik (Lion) – Lans 3:2
Qol: Depay, 39; 52-pen. Fortes, 46-öz qapısına – Sotoka, 56. Dukure, 90.
 
Lill – Anje 1:2
Qol: B.Yılmaz, 42 – Tomas, 5; 10.
 
Olimpik (Marsel) – Monpelye 3:1
Qol: Radonyiç, 41. Payet, 80. Jerman, 84 – Molle, 52.
 
Reyms – Dijon 0:0
 
Sent-Etyen – PSJ 1:1
Qol: Hamuma, 19 – M.Kin, 22.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib