23 oktyabr 2024. Çərşənbə

Monako və PSJ-dən qələbə, Lion xal itirdi


Monako və PSJ-dən qələbə, Lion xal itirdi
Fransa çempionatında 19-cu turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub. 
 
Lider Lion bu turda səfərdə “Renn”in qonağı olub və xal itkisi ilə üzləşib.
 
“Monako” öz meydanında “Anje”yə darmadağınla qalib gəlibsə, “Lill” səfərdə “Nim”lə qarşılaşıb və minimal hesabla qələbə qazanıb.
 
Baş məşqçi Maurisio Poçettinonun rəhbərliyi altında ilk oyunda xal itirən PSJ bu tur çərçivəsində öz meydanında “Brest”i darmadağına edib. Marsel “Olimpik”i isə “Dijon” səfərinə yollanıb və oyundan 1 xalla ayrılmalı olub.
 
Fransa Liqa 1
19-cu tur
9 yanvar
 
Bordo – Loryan 2:1
Qol: Oudin, 13; 43 – Moffi, 23.
 
Dijon – Olimpik (Marsel) 0:0
 
Lans – Strasburq 0:1
Qol: Diallo, 21.
 
Mets – Nitsa 1:1
Qol: Boye, 79 – Quiri, 18-pen.
 
Monako – Anje 3:0
Qol: Maripan, 40. Folland, 72. Yovetiç, 81.
 
Monpelye – Nant 1:1
Qol: Oyonqo, 6 – Louza, 51.
 
Nim – Lill 0:1
Qol: B.Yılmaz, 29.
 
PSJ – Brest 3:0
Qol: M.Kin, 16. İkardi, 81. Sarabia, 83.
 
Reyms – Sent-Etyen 3:1
Qol: Dia, 12-pen; 37. Kafaro, 58 – Abi, 72.
 
Renn – Olimpik (Lion) 2:2
Qol: Qrenye, 20. Buriqe, 55 – Depay, 79. Denayer, 82.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib