7 noyabr 2026. Şənbə

PSJ uduzdu, Lill liderliyə yüksəldi


PSJ uduzdu, Lill liderliyə yüksəldi
Fransa çempionatında 22-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.
 
Lider PSJ bu tur çərçivəsində səfərdə “Loryan”ın qonağı olub və məğlubiyyətlə üzləşib. 4-cü sırada qərarlaşan “Monako” isə “Nant” ilə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.
 
Çempionluq uğrunda mübarizə aparan “Lill” bu turda öz meydanında “Dijon”a minimal hesabla qalib gələrək vahid liderliyi ələ keçirib.
 
Fransa Liqa 1
22-ci tur
29 yanvar
 
Lion – Bordo 2:1
Qol: Ekambi, 32. Dubois, 90+2 – Kalu, 55.
 
30 yanvar
 
Monpelye – Lans 1:2
Qol: Vahi, 78 – Dukure, 7. Kakuta, 67.
 
Marsel – Renn matçı təxirə salınıb
 
31 yanvar
 
Nitsa – Sent-Etyen 0:1
Qol: Abi, 88.
 
Anje – Nim 3:1
Qol: Kapelle, 20. Kulibali, 35. Dioni, 55 – Ripar, 41-pen.
 
Brest – Mets 2:4
Qol: Honorat, 33. Kardona, 47 – Bulaya, 36. Sarr, 73. Yade, 81. Vaqner, 87-pen.
 
Loryan – PSJ 3:2
Qol: Abergel, 36. Vissa, 80. Moffi, 90+1 – Neymar, 45-pen; 58-pen.
 
Strasburq – Reyms 0:1
Qol: Kutesa, 80.
 
Lill – Dijon 1:0
Qol: Y.Yazıçı, 29.
 
Nant – Monako 1:2
Qol: Emond, 83 – Maripan, 45. Folland, 60.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi