- Fransa L.1
- 22:15 22.11.2024
"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş istefa verib.
Corner.az "Get French Football News"a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis özü bildirib. O, transfer siyahısında olmayan Olivier Ntcham'ın heyətə cəlb olunduğu və bu səbəbdən rəhbərliyə istefa ərizəsini verdiyini və cavab gözlədiyini bildirib.
"İstefa ərizəmi rəhbərliyə göndərdim.Transfer şərtlərində razılaşa bilmədik. Marsel'dən heçnə istəmirəm. Pul istəmirəm. O, mənim "yox" dediyim oyunçudur. Transfer siyahımızda yox idi" -deyə portuqaliyalı mütəxəssis qeyd edib.
"Marsel" bu mövsüm portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Liqa 1-də 32 xal toplayıb və 9-cu pillədə qərarlaşır. 2 gün əvvəl isə azarkeşlər komandanın bu nəticəsindən narazı olduğu üçün prezident Jak-Anri Eyraudun istefasını tələb edərək, klubun bazasına hücum çəkmişdilər.
Qeyd edək ki, A.Villaş-Boaş 2019-cu ildən "Marsel"in baş məşqçisi idi.