PSJ-nin futbolçusu Neymar sıradan çıxıb.
Corner.az xəbər verir ki, 29 yaşlı hücumçu ölkə kubokunun 1/32 finalında “Kan”a 1:0 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.
Neymar 60-cı dəqiqədə rəqib oyunçu Yoel Armuqomla mübarizədə zədə alıb. Onun yerinə meydana Kilian Mbappe daxil olub. Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino braziliyalı forvardın bu gün tibbi müayinədən keçəcəyini bildirib. Bu üzdən də futbolçunun bərpa müddəti hələ məlum deyil.
Qeyd edək ki, PSJ fevralın 16-da UEFA Çempionlar Liqasının 1/8 finalında səfərdə "Barselona"nın qonağı olacaq. Komandalar arasındakı cavab oyunu martın 10-da Parisdə gerçəkləşəcək.