22 iyun 2026. Bazar ertəsi

Fransa klubunda yeni baş məşqçi


Fransa klubunda yeni baş məşqçi
“Olimpik” (Marsel) klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
 
Corner.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Xorxe Sampaoli çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi 60 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə bağlayıb.
 
Sampaoli son olaraq Braziliyanın “Atletiko Mineyro” klubunu çalışdırıb. Argentinalı mütəxəssis Fransa klubunda bir müddət əvvəl istefa vermiş Andre Villaş-Boaşı əvəz edib.
 
“Olimpik” Fransa çempionatının cari mövsümündə 25 oyuna topladığı 38 xalla 8-ci pillədə qərarlaşıb.






Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”