5 may 2026. Çərşənbə axşamı

Barselona'da baş verənlər məni maraqlandırmır


Barselona'da baş verənlər məni maraqlandırmır

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Nitsa”da çıxış edən Jan-Kler Todibo açıqlama verib.

Corner.az xəbər verir ki, “The Sun” nəşrinə danışan 21 yaşlı müdafiəçi, “Barselona”nın onu maraqlandırmadığını deyib:

“Növbəti mövsümdə burda qalıb-qalmayacağımı bilmirəm. Ümid edirəm ki, yaxşı şeylər olar. Açığı, “Barselona”da baş verənlər məni maraqlandırmır. Osman Dembele, Kleman Lanqle və Samuel Umtiti oynadığı zaman “Barselona”nın oyunlarına baxıram. Yəni bu futbolçular dostumdur deyə baxıram. “Barselona”nın Çempionlar Liqasındakı şansı? Həqiqətən, bu, məni qətiyyən maraqlandırmır. Ümid edirəm ki, daha irəli gedə bilərlər”.

Qeyd edək ki, fransız futbolçu fevraldan “Nitsa”ya keçib. 







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu