5 may 2026. Çərşənbə axşamı

PSJ səfərdə, Lill evdə qələbə qazandı


PSJ səfərdə, Lill  evdə qələbə qazandı
Fransa çempionatında 28-ci turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.
 
“Olimpik” Lion bu turda öz meydanında “Renn”i qəbul edib və minimal hesabla qalib gəlib.
 
Ötən tur “Strasburq”la ev oyununda xal itirən lider “Lill”in budəfəki rəqibi Marsel “Olimpik”i olub. Meydan sahibləri bu görüşdə inamlı qələbə qazanıb.
 
Son çempion PSJ səfərdə “Bordo”nun qonağı olub və minimal hesabla qalib gəlibsə, “Monako” “Strasburq”la səfər oyununda məğlubiyyətlə üzləşib.
 
Fransa Liqa 1
28-ci tur
3 mart
 
Brest – Dijon 3:1
Qol: Honorat, 17. Munye, 27. Kardona, 40 – Assale, 29.
 
Olimpik (Lion) – Renn 1:0
Qol: Auar, 74.
 
Mets – Anje 0:1
Qol: Fulgini, 44-pen.
 
Nitsa – Nim 2:1
Qol: Quiri, 4. Klaude, 75 – Landre, 50.
 
Sent-Etyen – Lans 2:3
Qol: Mukudi, 40. Buanqa, 90+4-pen – Sotoka, 20-pen. Kalimuendo, 24. Kosta, 90+2.
 
Bordo – PSJ 0:1
Qol: Sarabiya, 20.
 
Lill – Olimpik (Marsel) 2:0
Qol: David, 90; 90+2.
 
Monpelye – Loryan 1:1
Qol: Mavididi, 28 – Qrbiç, 9-pen.
 
Nant – Reyms 1:2
Qol: Simon, 14 – Konan, 39. Abdelhamid, 89.
 
Strasburq – Monako 1:0
Qol: Jilbert, 90+1.






Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu