5 may 2026. Çərşənbə axşamı

Neymar və Mbappe daim komandada qalacaq


Neymar və Mbappe daim komandada qalacaq

"1/4 finala çıxdığımız üçün fəxr edə bilərik. 4 il əvvəl "Barselona"ya qarşı oyunlarda baş verənləri unutmuşam".

Corner.az-ın məlumatına görə, bu fikirləri PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə 1:1 (ilk oyun 4:1) hesablı heç-heçə etdikləri cavab görüşündən sonra "RMC Sport"a müsahibəsində deyib.

O, mərhələ keçməklə tarix yazdıqlarını bildirib: "Möhtəşəm "Barselona"nı turnirdən kənarlaşdırdıq. Bunun üçün xoşbəxtik".

Funksioner ulduz futbolçuları Neymar və Kilian Mbappenin komandada taleyi barədə də danışıb: "Onlar PSJ-nin oyunçusudurlar və daim belə qalacaqlar".

Qeyd edək ki, Neymar və Kilian Mbappe ilə Avropanın aparıcı klubları maraqlanır.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu