16 mart 2026. Bazar ertəsi

Mbappe'dən Fransa çempionatında yeni rekord


Mbappe'dən Fransa çempionatında yeni rekord
Fransa çempionatının 30-cu turu çərçivəsində keçirilən Lion ilə səfər oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, 22 yaşlı futbolçu 4:2 hesablı qələbəyə imza atdıqları oyunda dubl edib.
 
Bununla da o, Liqa 1-də vurduğu qolların sayını 100-ə çatdırıb. Mbappe ölkə çempionatında 100 qol həddinə çatan ən gənc futbolçuya çevrilib. Fransalı futbolçu buna 22 yaşında nail olub. Əvvəlki rekord “Sent-Etyen”in sabiq futbolçu Herve Revelliyə məxsus idi.
 
Qeyd edək ki, Mbappe çempionatda vurduğu 101 qoldan 85-nə PSJ-nin, 16-sına isə əvvəlki klubu “Monako”nun heyətində imza atıb. O, bu mövsüm Liqa 1-də 24 oyuna 18 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.






Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi