23 noyabr 2024. Şənbə

Lill'in türk futbolçusunda koronavirus aşkarlandı


Lill'in türk futbolçusunda koronavirus aşkarlandı

Türkiyə milli komandasının və “Lill”in müdafiəçisi Zeki Çelik koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin baş məşqçisi Kristof Qaltye bu gün keçirilmiş mətbuat konfransında məlumat verib.

54 yaşlı mütəxəssis Fransa çempionatının 31-ci turu çərçivəsində baş tutacaq PSJ ilə oyundan öncə jurnalistlərlə görüşündə Zekinin koronavirus testinin pozitiv çıxdığı üçün Türkiyədə karantinə alındığını bildirib. Qaltye 24 yaşlı müdafiəçinin Fransaya nə vaxt qayıdacağını bilmədiklərini söyləyib.

Qeyd edək ki, Zeki Çelik DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Norveçlə oyundan öncə COVİD-19 testindən keçmiş və nəticəsi pozitiv çıxmışdı. Onunla yanaşı, İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç da koronavirusa yoluxub. Türkiyə Futbol Federasiyası son açıqlamasında daha 4 futbolçunun koronavirus testinin pozitiv çıxdığını bildirsə də, onların adlarını açıqlamayıb







Fransa L.1

David "Lill"i tərk etməyəcək
  • Fransa L.1
  • 13:30 21.11.2024
David "Lill"i tərk etməyəcək
Klopp Fransa klubu ilə çalışacaq
  • Fransa L.1
  • 12:37 21.11.2024
Klopp Fransa klubu ilə çalışacaq
"Monako" və PSJ-dən qələbə
  • Fransa L.1
  • 01:47 10.11.2024
"Monako" və PSJ-dən qələbə