10 avqust 2026. Bazar ertəsi

Neymar qərarını verdi


Neymar qərarını verdi

PSJ-nin futbolçusu Neymar klubla müqaviləsinin uzadılma məsələsinə münasibət bildirib.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu sözləşməsinin yenilənməsinin artıq problem olmadığını bildirib.

Braziliyalı oyunçu Parisdə xoşbəxt olduğunu söyləyib: "PSJ ilə müqavilənin uzadılması artıq problem deyil. Parisdə özümü evimdəki kimi hiss edirəm və əvvəlkindən də xoşbəxtəm".

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında "Barselona"dan keçib. Onun hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi