7 noyabr 2026. Şənbə

Fransa çempionatında komandaların sayı azaldıla bilər


Fransa çempionatında komandaların sayı azaldıla bilər

Futbol üzrə Fransa Liqa 1-də komanda sayı azaldıla bilər.

Corner.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Məlumatda, Fransa Peşəkar Futbol Liqasının (LFP) Liqa 1-də komanda sayını 20-dən 18-ə endirməyi düşündüyü bildirilib. Qurumun aprelin 21-də keçirilən iclasında bu məsələ müzakirə olunub. İclasda LFP-nin bəzi nümayəndələri klub sayının 16-ya endirilməsi təklifini də irəli sürüb.

Liqa 1-də komanda sayının azaldılması ilə bağlı qərar qəbul edilsə, bu, 2022/23 mövsümündən tətbiq ediləcək.

Liqa 1-də hazırda 20 komanda mübarizə aparır. “Lill” komandası 34 turdan sonra 73 xalla liderdir. PSJ və “Monako” isə hərəyə 71 xal toplayaraq, 2 və 3-cü yerləri bölüşürlər.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi