7 noyabr 2026. Şənbə

Fransanın 2 klubuna transfer qadağası qoyuldu


Fransanın 2 klubuna transfer qadağası qoyuldu

FİFA Fransanın iki klubuna transfer qadağası qoyub.

Corner.az xəbər verir ki, bu klublar Liqa 1-də çıxış edən “Anje” və Liqa 2-də çıxış edən “Paris”dir. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda, kubların bundan başqa, 30 min İsveçrə frankı məbləğində də cərimə olunduğu da vurğulanıb.

Hər iki klub transfer qaydalarını pozduqları üçün cəzalandırılıblar və onlar qarşıdakı yay transfer pəncərəsi dövründə heyətlərini yeni futbolçu cəlb edə bilməyəcəklər.

“Paris” klubu 2020-ci ilin avqustunda daha əvvəl həvəskar futbulçu olan Kevin Bemanqa ilə müqavilə imzalamış, 6 həftə sonra isə sözügedən oyunçunu “Anje”yə satmışdı.

23 yaşlı futbolçu 2021-ci ilin fevralında İsveçrənin “Syon” klubuna icarəyə verilib və hazırda sözügedən komandada çıxış edir.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi