6 may 2026. Çərşənbə

Vieyra Lion'u çalışdıra bilər


Vieyra Lion'u çalışdıra bilər

Fransa millisinin sabiq futbolçusu Patrik Vieyra yenidən Fransada çalışa bilər.

Corner.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "Lion" klubunun sükanı arxasına keçə bilər. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. “Lion” mövsümün sonunda baş məşqçi Rudi Qarsiya ilə yollarını ayırmağa hazırlaşır. 57 yaşlı mütəxəssisin klubla müqaviləsi yaya qədərdir.

“Lion”da Qarsiyanın əvəzinə baş məşqçi postuna namizədlər arasında Vieyra da var. Fransa millisinin sabiq üzvündən başqa, bu posta “Sassuolo”dan Roberte De Cerbi, “Lill”dən Kristof Qalte və “River Pleyt”dən Marselo Qalyardo'nun adı hallanır.

Vieyra hazırda işsizdir. O, son olaraq Fransada “Nitsa” komandasını çalışdırıb.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu