5 dekabr 2025. Cümə

PSJ-dən qələbə, Lill xal itirdi


PSJ-dən qələbə, Lill xal itirdi

Fransa Liqa 1-də 37-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Lider “Lill” bu turda doğma meydanda “Sent-Etyen”i qəbul edib və xal itkisi ilə üzləşib. Lakin, “Lill” bu oyunda qələbə qazansaydı, sona bir tur qalmış çempionluğunu rəsmiləşdirə bilərdi

Turnir cədvəlinin ikinci sırasında yer alan PSJ isə bu turda  doğma meydanda “Reyms”i sınağa çəkib və darmadağınla qalib gələrək liderlər aradakı xal fərqini minimuma endirib. “Monako” doğma meydanda “Renn”i, “Marsel” isə “Anje”ni  məğlub yola salıb.

Fransa Liqa 1, 37-ci tur

16 may

Bordo – Lans 3:0
Qol
: Huanq, 32-pen. Sabali, 89. Zerkane, 90+1.

Dijon – Nant 0:4
Qol
: Kulibali, 6. Kolo, 32; 90+3. Blas, 90+1.

Lill – Sent-Etyen 0:0

Loryan – Mets 2:1
Qol
: Vissa, 31-pen. Jerom, 74 – Traore, 72.

Marsel – Anje 3:2
Qol
: Vilik, 9; 48; 90+5-pen – M.Pereyra, 57. Tomas, 85.

Monako – Renn 2:1
Qol
: Ben Yedder, 16. Qolovin, 29 – Burijo, 68.

Monpelye – Brest 0:0

Nitsa – Strasburq 0:2
Qol
: Ayorke, 2; 66.

Nim – Lion 2:5
Qol
: Kone, 5; 62 – Paketa, 8; 24. Depay, 20. Auar, 55. Slimani, 87.

PSJ – Reyms 4:0
Qol
: Neymar, 13-pen. Mbappe, 24. Markinyos, 68. Kin, 90.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər