23 oktyabr 2024. Çərşənbə

Lill Fransa Liqasının çempionu oldu


Lill Fransa Liqasının çempionu oldu

Fransa Liqa 1-də mövsümün son turunun oyunları keçirilib.

Corner.az xəbər verir ki, bütün qarşılaşmalar eyni vaxtda baş tutub.

Lider “Lill” son turda səfərdə “Anje”nin qonağı olub. “Lill” bu turda qələbə qazanacağı təqdirdə çempion olacaqdı. Üç qolun qeydə alındığı oyun məhz qonaqların qələbəsiylə başa çatıb. Beləliklə, “Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub. Turnir cədvəlinin ikinci sırasında yer alan PSJ səfərdə “Brest”in qonağı olub. Paris təmsilçisi də turu və mövsümü qələbə ilə başa vurmasına baxmayaq ikinci yerlə kifayətlənib.

“Lion” doğma meydanda “Nitsa”ya məğlub olub. “Monako” isə səfərdə “Lans”ın qonağı olub və  1 xalla dönüb. “Marsel” də son turda “Mets”lə heç-heçə edib.

Beləliklə, yekunda “Lill” 83 xalla çempion olub. 82 xal toplamış PSJ ikinci yeri tutubsa, 78 xalı olan “Monako” üçüncülüklə kifayətlənib. Bu üç komanda  UEFA Çempionlar Liqasında iştirak hüququ əldə edib.

76 xalı olan “Lion” və 60 xala malik “Marsel” dördüncü və beşinci pillələri tutmaqla Fransanı Avropa Liqasında təmsil edəcək. 58 xalla altıncı yeri tutan “Renn” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

"Dijon” və “Nim” elitanı tərk edib.  “Nant” isə Liqa 1-də qalmaq üçün aşağı liqadan gələn komanda ilə pley-off qarşılaşmasına çıxacaq.

Fransa Liqa 1, 38-ci tur

23 may

Anje – Lill 1:2
Qol
: Fulqini, 90+1 – David, 10. B.Yılmaz, 45+1-pen.

Brest – PSJ 0:2
Qol
: Favr, 37-öz qapısına. Mbappe, 71.

Lans – Monako 0:0

Lion – Nitsa 2:3
Qol
: Ekambi, 14; 40 – Dolberq, 27. Kamara, 70. Saliba, 57.

Mets – Marsel 1:1
Qol
: Bulaya, 90+6-pen – Milik, 90+13-pen.

Nant – Monpelye 1:2
Qol
: Kolo, 33 – Laborde, 30. Delor, 76.

Reyms – Bordo 1:2
Qol
: Ture, 15 – Adli, 44. Kvatenq, 58.

Renn – Nim 2:0
Qol
: Jirassi, 25. Buriqe, 51.

Strasburq – Loryan 1:1
Qol
: Diallo, 18 – Çaloba, 55.

Sent-Etyen – Dijon 0:1
Qol
: Kamara, 39.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib