7 may 2026. Cümə axşamı

Lill'in baş məşqçisindən gözlənilməz qərar


Lill'in baş məşqçisindən gözlənilməz qərar

Fransa çempionu "Lill"də gözlənilməz baş məşqçi ayrılığı reallaşıb.

Corner.az "L’Equipe"ə istinadən xəbər verir ki, Kristof Qaltye komandadan ayrıldığını açıqlayıb. Fransalı mütəxəssis, bu ilin iyununa qədər nəzərdə tutulan müqaviləsini yeniləmək istəməyib.

54 yaşlı mütəxəssis qərarını belə izah edib: "Bu səhər uzun söhbətdən sonra klub prezidentinə komandadan ayrıldığımı dedim. Hansı sözləri deyəcəyimi bilmirəm. Sadəcə, buradakı vaxtımın bitdiyinə əminəm. Bu ecazkar klubdan ayırlmaq vaxtı gəldi".

Qeyd edək ki, Qaltye 2017-ci ildən "Lill"i çalışdırırdı.







Fransa L.1

Fati “Monako”da qalacaq
  • Fransa L.1
  • 23:07 06.05.2026
Fati “Monako”da qalacaq
“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi