16 mart 2026. Bazar ertəsi

Fabreqas karyerasını bitirmək istəyir


Fabreqas karyerasını bitirmək istəyir

 “Monako”nun futbolçusu Sesk Fabreqas növbəti mövsümün sonunda karyerasını bitirməyi planlaşdırır.

Corner.az “goal.com”a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özü açıqlama verib:

“Artıq yaşlanmışam amma zehniyyətim eynidir və hər gün futbol oynamaq istəyirəm. Qarşıdakı mövsümdə artıq bədənimin oyunlara necə reaksiya verəcəyinə baxacam. Çox gənc – 16 yaşında “Arsenal”da oynayırdım və indiyə qədər çox oyuna çıxmışam. Artıq üç gündən bir yüksək səviyyədə oyun keçirə bilməyəcəyimi görürəm.

“Monako” ilə bir illik müqaviləm var. Çempionlar Liqasına vəsiqə qazanmışıq və karyeramı bu turnirdə oynamaqla başa vurmağı düşünürəm. Nə olacağını görəcəyik”.

Qeyd edək ki, ispan futbolçu karyerası ərzində İspaniyada “Barselona”, İngiltərədə “Arsenal”, “Çelsi” və Fransada “Monako” klublarında çıxış edib.







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi