PSG-nin və Uruqvay millisinin hücumçusu Edinson Cavani klubdan ayrılmaq istəyir.
Corner.az Goal.az0a xəbər verir ki, gələn il parisliləri tərk edə bilər. 31 yaşlı futbolçu klubda ona göstərilən münasibətdən narazıdır. Həmçinin Cavani hesab edir ki, Neymar və Mbappe meydanda ona oynaması üçün şərait yaratmaq istəmir. Uruqvaylının klubla müqaviləsi 2020-ci ildə başa çatacaq. Əvvəllər Cavani ilə Real və Atletico-nun mraqlandığı deyilirdi.
Hücumçu bu mövsüm Fransa çempionatında 6 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edıb. PSG tarixinin ən yaxşı bombardiri hesab olunur.