Fransa çempionatında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Lion “Olimpik”i evdə “Klermon”la məhsuldar heç-heçəyə razılaşıb. “Bordo” – “Anje”, “Mets” – “Reyms” və “Strasburq” – “Trua” görüşlərində qalib müəyyənləşməyib. “Monpelye” “Loryan”a, “Renn” “Nant”a qalib gəlib.
Turun son matçında “Nitsa” və “Olimpik” (Marsel) komandaları qarşılaşıb. Qarşılaşmanın sonlarında, meydan sahibləri 1:0 öndə olarkən azarkeşlər meydana çıxıb. Bu səbəbdən də qarşılaşma 76-cı dəqiqədə məcburi dayandırılıb.
Fransa Liqa 1
3-cü tur
20 avqust
Brest – PSJ 2:4
Qol: Honorat, 42. Munye, 85 – A.Herrera, 23. Mbappe, 36. Qeye, 73. Di Mariya, 90+1.
21 avqust
Monako – Lans 0:2
Qol: Qanaqo, 51. Banza, 90+3.
Sent-Etyen – Lill 1:1
Qol: Sou, 85 – B.Yılmaz, 38.
22 avqust
Olimpik (Lion) – Klermon 3:3
Qol: Dembele, 5-pen; 21. Paketa, 45+1 – Diomande, 12-öz qapısına. Raşani, 80; 90+1.
Bordo – Anje 1:1
Qol: Mara, 10 – Tomas, 38.
Mets – Reyms 1:1
Qol: Mayqa, 14 – Munetsi, 7.
Monpelye – Loryan 3:1
Qol: Savanye, 50. Mavididi, 58. Delor, 83 – Berto, 21-öz qapısına.
Strasburq – Trua 1:1
Qol: Tomasson, 77 – Tuzqar, 19.
Renn – Nant 1:0
Qol: Terrye, 58.
Nitsa – Olimpik (Marsel) 1:0 (matç yarıda qalıb)
Qol: Dolberq, 49.