- Fransa L.1
- 22:15 22.11.2024
Fransa Liqa 1-in 3-cü turu çərçivəsində keçirilən və yarımçıq dayandırılan “Nitsa” – “Marsel” matçında yaşanan hadisələrlə bağlı qərar verilib.
Corner.az xəbər verir ki, qarşılaşmada “Marsel”in futbolçusu Dimitri Payetə butulka tullanılan tribunaya 4 oyun azarkeş buraxılmayacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumatda, bununla yanaşı, fransalı futbolçuya butulka atan şəxsin kimliyi müəyyənləşərək saxlanılıb.
“Nitsa” – “Marsel” matçı (0:0) ikinci hissənin sonlarına yaxın təxirə salınıb. Meydan sahibi komandanın azarkeşləri “Marsel”in futbolçusu Dimitri Payetə butulka atıblar. 34 yaşlı futbolçu daha sonra butulkanı özünə atan azarkeşlər tərəfə fırladıb və fanatlar meydana daxil olublar.
Matç oyunçularla azarkeşlər arasındakı kütləvi davaya görə dayandırılıb.