Türkiyənin “Lill” klubunda avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Corner.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu Burak Yılmaz Liqa 1 təmsilçisində ötən ayın ən yaxşısı elan olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, 36 yaşlı hücumçunun azarkeşlər arasında aparılan səsvermə nəticəsində ən yaxşı seçildiyi vurğulanıb.
Burak avqustda “Lill”in heyətində 4 matça çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, türkiyəli hücumçu ötən mövsümdə də “Lill”in heyətində dekabr və aprel aylarının ən yaxşı oyunçusu elan edilmişdi.