Fransa çempionatında 6-cı turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Monako” bu turda səfərdə “Nitsa”nın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
“Klermon” – “Brest”, “Reyms” – “Loryan” və “Trua” – “Monpelye” matçları da bərabərliklə başa çatıb.
“Nant” səfərdə “Anje”ni böyük hesabla məğlub edib. Marsel “Olimpik”i də “Renn”lə ev oyunundan qalib ayrılıb.
Turun mərkəzi görüşü Parisdə baş tutub. PSJ doğma meydanda Lion “Olimpik”ini sınağa çəkib. Paytaxt təmsilçisi bu görüşdə çətin qələbə qazanıb.
Fransa Liqa 1
6-cı tur
17 sentyabr
Strasburq – Mets 3:0
Qol: Ayorke, 6. H.Diallo, 26; 40.
18 sentyabr
Lans – Lill 1:0
Qol: Frankovski, 74.
Sent-Etyen – Bordo 1:2
Qol: Xazri, 73 – Huanq, 7; 80.
19 sentyabr
Nitsa – Monako 2:2
Qol: Delor, 51. Budaui, 73 – Qolovin, 39. Ben Yedder, 77-pen.
Anje – Nant 1:4
Qol: Traore, 10 – Jirotto, 3. Blas, 6-pen; 79. Muani, 23.
Klermon – Brest 1:1
Qol: Raşani, 65 – Şardonne, 52.
Reyms – Loryan 0:0
Trua – Monpelye 1:1
Qol: Tuzqar, 37 – Savanye, 87.
Olimpik (Marsel) – Renn 2:0
Qol: Dienq, 48. Harit, 71.
PSJ – Olimpik (Lion) 2:1
Qol: Neymar, 66-pen. İkardi, 90+2 – Paketa, 54.