23 sentyabr 2026. Çərşənbə

Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı


Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı

Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Liqa 1-in 6-cı turunun “Lion”la matçında (2:1) Lionel Messini əvəzləməsinin səbəbini açıqlayıb.

Corner.az xəbər verir ki, argentinalı mütəxəssis, 34 yaşlı hücumçunu zədədən qorumaq üçün belə addım atdığını deyib:

“Messinin zədələnməsindən narahat idim. Qarşıda vacib oyunlar var və onu qorumalı olduğumuz üçün bu addımı atdım”.

“Lion”la matçın 76-cı dəqiqəsində Əşrəf Hakimi ilə əvəzlənən Messi oyundan çıxanda Poçettinonun əlini sıxmayıb.







Fransa L.1

“Monako” səfərdə xal itirdi
  • Fransa L.1
  • 23:30 12.09.2026
“Monako” səfərdə xal itirdi