23 oktyabr 2024. Çərşənbə

PSJ'dən çətin qələbə


PSJ'dən çətin qələbə
Fransa Liqa 1-də 7-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, son çempion “Lill” doğma meydanda “Reyms”i qəbul edib və qalib gəlib.
 
“Monako” “Sent-Etyen”lə ev oyununda inamlı qələbə qazanıb. “Monpelye” isə “Bordo”yla ev oyununda 1 xalla kifayətlənib. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Marsel”in bu turda səfərdə “Anje”nin qonağı olub. Bu komandaların oyununda qapılara ümumiyyətlə qol vurulmayıb.
 
6 turdan sonra lider olan PSJ səfərdə “Mets”in qonağı olub. Paris təmsilçisi bu oyunda çətin qələbə qazanıb.
 
Fransa Liqa 1
7-ci tur
22 sentyabr
 
Lill – Reyms 2:1
Qol: David, 31. Andre, 43 – Flips, 74-pen.
 
Monako – Sent-Etyen 3:1
Qol: Volland, 27. Ben Yedder, 62-pen; 86 – Buanqa, 41.
 
Monpelye – Bordo 3:3
Qol: Jerman, 11; 50. Molle, 71 – Huanq, 18. Onana, 29. Kalu, 85.
 
Nant – Brest 3:1
Qol: Blas, 27. Çirivelya, 55. Brasye, 58-öz qapısına – Le Duaron, 67.
 
Renn – Klermon 6:0
Qol: Martin, 32. Terye, 36. Sulemana, 55; 57. Laborde, 64. Tait, 77.
 
Anje – Marsel 0:0
 
Lans – Strasburq 0:1
Qol: Ayorke, 67.
 
Lion – Trua 3:1
Qol: Şakiri, 72. Emerson, 72. Paketa, 87 – Şavalerin, 45.
 
Loryan – Nitsa 1:0
Qol: Monkonduit, 23.
 
Mets – PSJ 1:2
Qol: Kuyate, 39 – Hakimi, 5; 90+4.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib