23 oktyabr 2024. Çərşənbə

Fransa çempionatının oyunundan sonra kütləvi dava


Fransa çempionatının oyunundan sonra kütləvi dava

Fransa Liqa-1-in 7-ci  turunda keçirilmiş "Anje" və "Marsel" klubları arasında oyundan sonra azarkeşlər arasında kütləvi dava düşüb.

Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, final fitindən sonra "Marsel" fanatları meydana girərək rəqib azarkeşlərə tərəf qaçıblar. Bu zaman iki komanda tərəfdarları arasında kütləvi dava yaşanıb və stadionun avadanlıqlarına da ziyan dəyib.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Daha əvvəl 3-cü turun "Nitsa" - "Marsel" oyunu zamanı qonaq azarkeşlər kütləvi şəkildə meydana qaçaraq oyunçularla dalaşıblar.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib