23 oktyabr 2024. Çərşənbə

PSJ səfərdə uduzdu, son çempiondan qələbə


PSJ səfərdə uduzdu, son çempiondan qələbə
Fransa çempionatında 9-cu turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
“Loryan” – “Klermon” matçında qalib müəyyənləşməyib. “Anje” “Mets”i, “Monako” “Bordo”nu, “Nant” isə “Trua”nı məğlub edib.
 
Lider PSJ bu turda səfərdə “Renn”in qonağı olub. Paris təmsilçisi görüşdən məğlubiyyətlə ayrılıb. Bu, sözügedən komandanın cari mövsümdə həm ilk xal itkisi, həm də ilk məğlubiyyətidir.
 
Marsel “Olimpik”i də son çempion “Lill” ilə səfər oyununda iki cavabsız qolla uduzub.
 
Turun son matçında Lion “Olimpik”i səfərdə “Sent-Etyen”in qonağı olub. Bu oyunda isə qalib müəyyənləşməyib
 
Fransa Liqa 1
9-cu tur
1 oktyabr
 
Lans – Reyms 2:0
Qol: Kalmuendo, 45+1; 52.
 
2 oktyabr
 
Monpelye – Strasburq 1:1
Qol: Molle, 12 – Qameyro, 28.
 
Nitsa – Brest 2:1
Qol: Todibo, 45. Bard, 61 – Honorat, 90+3.
 
3 oktyabr
 
Renn – PSJ 2:0
Qol: Labord, 45. Tait, 46.
 
Anje – Mets 3:2
Qol: Ço, 53. Manqani, 65. Bahoken, 90+2 – Bronn, 10. Bulaya, 58.
 
Loryan – Klermon 1:1
Qol: Laport, 54 – Bayo, 15.
 
Monako – Bordo 3:0
Qol: Tçuameni, 35. Qolovin, 48. Ben Yedder, 64-pen.
 
Nant – Trua 2:0
Qol: Jirotto, 58. Blas, 69-pen.
 
Lill – Olimpik (Marsel) 2:0
Qol: David, 28; 90+4.
 
Sent-Etyen – Olimpik (Lion) 1:1
Qol: Xazri, 90+4-pen – Auar, 42.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib