7 noyabr 2026. Şənbə

PSJ-nin qapıçısı Çempionlar Liqası matçını buraxacaq


PSJ-nin qapıçısı Çempionlar Liqası matçını buraxacaq

Kosta-Rika millisinin və PSJ klubunun qapıçısı Keylor Navas sıradan çıxıb. 

Corner.az-ın məlumatına görə, 34 yaşlı qolkiper ABŞ-a 1:2 hesabı ilə məğlub olduqları 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. 

Navas əzələsindəki problem səbəbindən fasilə zamanı əvəzlənib. Təcrübəli qapıçı Parisə qayıtdıqdan sonra tibbi müayinədən keçəcək. 

Navas oktyabrın 15-də Fransa Liqa 1-in X turunda Anje ilə matçı və oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniya "Leyptsiq"i ilə görüşdə çıxış etməyəcək.

Qeyd edək ki, Keylor Navas cari mövsüm PSJ-nin heyətində 6 oyunda meydana çıxıb. 







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi