- Fransa L.1
- 21:26 26.11.2024
Fransanın “Klermon” klubunun futbolçusu Məhəmməd Bayo saxlanılıb.
Corner.az xəbər verir ki, 23 yaşlı hücumçu avtomobiliylə qaydanı pozub və qəza törədib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumatda, Qvineya millisinin üzvü avtomobiliylə gedərkən işıqforun qırmızı işığında dayanmayıb və yüngül qəza törədib. Futbolçu hadisə yerinə gələn polislərdən qaçmağa cəhd göstərsə də, saxlanılıb. Polislər tərəfindən yoxlanılan zaman Bayonun qanında alkoqol aşkarlayıb. Futbolçu hazırda polis nəzarətindədir.
Bayo Liqa 1-in 11-ci turu çərçivəsində, oktyabrın 23-də “Nant”la keçirilən səfər matçında “Klermon”un yeganə qolunu vurub. “Klermon” həmin matçda 1:2 hesabıyla uduzub.
Bayo bu mövsüm Liqa 1-də 9 oyunda 5 qol vurub.