23 oktyabr 2024. Çərşənbə

PSJ'də ciddi itki


PSJ'də ciddi itki

Fransanın PSJ komandası ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, 28 yaşlı yarımmüdafiəçinin Liqa 1-in 11-ci turu çərçivəsində baş tutan "Marsel" ilə səfər oyununda zədələndiyi vurğulanıb.

Bud əzələsindən xəsarət alan italyan futbolçu təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə Verattinin qarşıdakı üç çempionat matçında forma geyinə bilməyəcəyi deməkdir. O, UEFA Çempionlar Liqasında Almaniyanın “Leyptsiq” klubuna qarşı keçirəcəkləri matçda da komandasına kömək edə bilməyəcək.

Bundan başqa, Verratti İtaliya millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İsveçrə və Şimali İrlandiya ilə oyunlarını da buraxmalı olacaq.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib