26 aprel 2026. Bazar günü

Barselona'da olsaydım, bu qədər oynamazdım


Barselona'da olsaydım, bu qədər oynamazdım

Yay transfer pəncərəsi dövründə “Barselona”dan ayrılaraq “Marsel”ə keçən Konrad De La Funte açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi, özünün Kataloniya təmsilçisini tərk etmək istədiyini deyib:

“Ayrılmaq qərarını özüm verdim. 6 ay ərzində bu məsələni menecerlərimlə danışdım. “Barselona”da çox şans qazana bilməyəcəyimi hiss edirdim. İndi “Marsel”dəyəm və beş yüz dəqiqədən çox oyun şansı qazanmışam. “Barselona”da olsaydım, bu qədər oynamazdım.

“Barselona”nın baş məşqçisi Ronald Kumanın mənim haqqımda nə düşündüyünü deyə bilmərəm. Amma çox az şans verirdi. Orda olmaq, məşqlərdə iştirak etmək mənim üçün yaxşı təcrübə oldu”.

“Barselona”nın yetirməsi olan Konrad “Marsel”lə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.







Fransa L.1

PSJ 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 23:01 25.04.2026
PSJ 3 xalı 3 qolla qazandı
“Lion”dan çətin qələbə
  • Fransa L.1
  • 19:07 25.04.2026
“Lion”dan çətin qələbə
PSJ evdə “Nant”ı məğlub etdi
  • Fransa L.1
  • 00:11 23.04.2026
PSJ evdə “Nant”ı məğlub etdi
PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki