23 iyun 2026. Çərşənbə axşamı

Məni meydanda etdiklərimə görə tənqid edin, şəxsi həyatıma görə yox


Məni meydanda etdiklərimə görə tənqid edin, şəxsi həyatıma görə yox
Fransanın PSJ klubunun futbolçusu Neymar açıqlama verib. Corneraz xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı hücumçu tez-tez tənqid olunması ilə bağlı bunları deyib:
 
“Hörmət hər zaman olmalıdır. İnsanlar deyirlər ki, “Neymar özünə baxmır, Neymar belədir, Neymar elədir”. Bəs özünə baxmayan biri necə olur ki, 12 il zirvədə qala bilir? Bunu heç kim başa düşmür.
 
Özümə necə baxacağımı hər kəsdən yaxşı bilirəm. Məşq edirəm, çalışıram və vaxtım olanda da əylənirəm. Problem nədir? Məni meydanda etdiklərimə görə tənqid etməlisiz, şəxsi həyatıma görə yox”.






Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”