- Fransa L.1
- 22:15 22.11.2024
Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino dünyanın ən çətin çempionatının adını açıqlayıb.
Corner.az xəbər verir ki, yerli mətbuata danışan 49 yaşlı mütəxəssis, Fransa Liqa 1-ni digər çempionatlardan fərqləndirib:
“Fransa çempionatı çox çətin, keyfiyyətlidir. Mən, bu liqanın fiziki cəhətdən dünyanın ən güclü çempionatıdı deyərdim. Burda istedadlı oyunçular və əla məşqçilər var. Bütün komandalar digərinə qalib gələ biləcək səviyyədədir.
Fransa çempionatının İngiltərə Premyer Liqasından yaxşı olduğunu deyə bilmərəm. Amma burda oyunlar fiziki cəhətdən daha çox güc tələb edir, nəinki Premyer Liqada”.