Fransa çempionatında 14-cü turun oyunları keçirilib. Corn bread.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma keçirilib.
"Mets” – “Bordo” matçında qalib müəyyənləşməyib. “Strasburq” – “Reyms” görüşündə də qalib müəyyənləşməyib. “Brest” “Lans” üzərində darmadağınla qalib gəlib. “Anje” “Loryan”ı, “Sent-Etyen” isə “Trua”nı minimal hesabla məğlub edib.
Turun qapanış matçında Lion və Marsel “Olimpik”ləri üz-üzə gəlib. Lakin görüş yarımçıq dayandırılıb. Buna meydan sahiblərinin azarkeşləri qonaq futbolçulara yad əşyalar atmaları səbəb olub. Belə ki, matçın 5-ci dəqiqəsində Marsel təmsilçisi künc zərbəsi yerinə yetirmək istəyərkən, tribunadan yad əşyalar atılıb. Nəticədə həmin əşyalardan biri yarımmüdafiəçi Dimitri Payetin başına dəyib. Qarşılaşmanın baş hakimi komandaları meydandan göndərib. Uzun müzakirələrdən sonra oyunun davam etdirilməməsinə qərar verilib və görüş təxirə salınıb.
Fransa Liqa 1
14-cü tur
19 noyabr
Monako – Lill 2:2
Qol: Diatta, 41. Ben Yedder, 83 – David, 5-pen; 9.
20 noyabr
PSJ – Nant 3:1
Qol: Mbappe, 2. Appya, 81-öz qapısına. Messi, 87 – Muani, 76.
Renn – Monpelye 2:0
Qol: Terrye, 8. Mayer, 28.
21 noyabr
Brest – Lans 4:0
Qol: Munye, 3. Şardonne, 13. Favr, 33. Le Duaron, 69.
Anje – Loryan 1:0
Qol: Manqani, 68.
Mets – Bordo 3:3
Qol: De Preville, 45. Nquette, 51; 70 – Elis, 17. Udin, 39; 65.
Strasburq – Reyms 1:1
Qol: Belleqarde, 90+6 – Ekitike, 22.
Trua – Sent-Etyen 0:1
Qol: Trauko, 60.
Klermon – Nitsa 1:2
Qol: Ojye, 17 – Quiri, 76; 82.
Olimpik (Lion) – Olimpik (Marsel) matçı yarıda dayandırılıb