Fransa Liqa 1-də 15-ci tur çərçivəsində keçirilən “Sent Etyen”-PSJ matçı hücumçu Neymar üçün uğursuz olub.
Corner.az xəbər verir ki, görüşün 88-ci dəqiqəsində zədələnən 29 yaşlı futbolçu Ebimbe ilə əvəzlənib. Neymar ağlayaraq meydançanı xərəkdə tərk edib.
Ayağında qırıq şübhəsi ilə xəstəxanaya aparılan braziliyalı futbolçunun hazırkı vəziyyəti ilə bağlı açıqlama verilməyib.
Paris təmsilçisinin baş məşqçisi Poçettino: "Ümid edirəm ki, bu böyük bir problem deyildir ve ən qısa zamanda komandaya qayıdar. Ancaq epizoda baxdım. Heç xoş deyil..." deyə bildirib.
Neymar, bu mövsüm Liqa 1'de 3 qol vurdu, 3 də məhsuldar ötürmə edib.