22 iyun 2026. Bazar ertəsi

Fransa klubunun baş məşqçisi koronavirusa yoluxdu


Fransa klubunun baş məşqçisi koronavirusa yoluxdu

Fransanın "Reyms" klubunun baş məşqçisi Oskar Qarsiya koronavirusa yoluxub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı ispaniyalı mütəxəssislə yanaşı, köməkçisi Ruben Martinesdə də infeksiya aşkarlanıb.

Hər iki şəxs təcrid olunub. Bildirilib ki, onların həyatı üçün hər hansı təhlükə yoxdur. Komandanın digər üzvlərindən götürülmüş analizin nəticələri isə mənfi çıxıb.

Qeyd edək ki, "Reyms" klubu hazırda 16 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”