23 noyabr 2024. Şənbə

Messi məşqə çıxmadı


Messi məşqə çıxmadı

PSJ-nin futbolçusu Lionel Messi komandanın son məşqinə qatılmayıb.

Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu qastroenterit (mədə və nazik bağırsağın funksiyasının pozulması) simptomları üzündən çalışmalardan kənarda qalıb.

Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. Eyni səbəbdən argentinalı futbolçunun həmyerlisi Leandro Paredes də PSJ-nin məşqdə çıxış etməyib. Bu səbəbdən onların sabah Liqa çərçivəsində baş tutacaq “Nitsa” ilə oyunda iştirakı məlum deyil.

PSJ digər zədəli futbolçuları ilə də bağlı son vəziyyəti açıqlayıb. Belə ki, zədəsini sağaldan Mauro İkardi artıq məşqlərə start verib. Yulian Draksler də idman zalında hazırlığa başlayıb. Corcinyo Veynaldum ilə Ander Herreranın da yaxın bir həftə içində məşqləri bərpa etməsi gözlənilir. Yenicə zədələnən Neymarın isə 6-8 həftə komandaya kömək edə bilməyəcəyi açıqlanıb. Onun yaxın günlərdə növbəti dəfə ətraflı müayinədən keçəcəyi bildirilib.







Fransa L.1

David "Lill"i tərk etməyəcək
  • Fransa L.1
  • 13:30 21.11.2024
David "Lill"i tərk etməyəcək
Klopp Fransa klubu ilə çalışacaq
  • Fransa L.1
  • 12:37 21.11.2024
Klopp Fransa klubu ilə çalışacaq
"Monako" və PSJ-dən qələbə
  • Fransa L.1
  • 01:47 10.11.2024
"Monako" və PSJ-dən qələbə