23 oktyabr 2024. Çərşənbə

PSJ evdə Monako'ya qalib gəldi


PSJ evdə Monako'ya qalib gəldi
Fransa çempionatında 18-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
“Mets” doğma meydanda “Loryan”ı qəbul edib və darmadağına sevinib. “Anje” doğma meydanda “Klermon”a, “Renn” “Nitsa”ya, “Trua” isə “Bordo”ya məğlub olub.
 
Son çempion “Lill”  doğma meydanda Lion “Olimpik”ini qəbul edib. Bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb.

Marsel “Olimpik”i səfərdə Strasburq”un qonağı olub və  inamlı qələb qazanıb.
 
Turun mərkəzi görüşü Parisdə baş tutub. Lider PSJ doğma meydanda “Monako”nu qəbul edib və  iki cavabsız qolla qələbəyə sevinən tərəf olub.
 
Fransa Liqa 1
18-ci tur
10 dekabr
 
Nant – Lans 3:2
Qol: Muani, 49; 57. Simon, 90 – Kosta, 7. Kalimuendo, 14.
 
11 dekabr
 
Brest – Monpelye 0:4
Qol: Vahi, 45+1. Mavididi, 47. Sambiya, 60. Jermen, 85.
 
Reyms – Sent-Etyen 2:0
Qol: Ture, 23-pen. Mbuku, 89.
 
12 dekabr
 
Lill – Olimpik (Lion) 0:0
 
Anje – Klermon 0:1
Qol: Bayo, 84.
 
Mets – Loryan 4:1
Qol: Sarr, 5. Yens, 9-öz qapısına. Bulaya, 19. Niane, 80 – Yens, 69.
 
Renn – Nitsa 1:2
Qol: Buriqe, 59 – Dolberq, 19-öz qapısına. Atal, 51.
 
Trua – Bordo 1:2
Qol: Şavalerin, 28 – Salmye, 30-öz qapısına. Huanq, 54.
 
Strasburq – Olimpik (Marsel) 0:2
Qol: Dienq, 62. Çaleta-Çar, 82.
 
PSJ – Monako 2:0
Qol: Mbappe, 12-pen; 45.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib