23 oktyabr 2024. Çərşənbə

Qarabağ'la oyunlar maraqlı olacaq - Marsel'in prezidenti


Qarabağ'la oyunlar maraqlı olacaq - Marsel'in prezidenti
Fransanın “Olimpik” (Marsel) klubunun prezidenti Pablo Lonqoriya Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olmalarına münasibət bildirib. Corner.az xəbər verir ki, 35 yaşlı funksioner Liqa 1 təmsilçisinin rəsmi saytına açıqlamasında püşkatmanı belə dəyərləndirib:
 
“Qarabağ” avrokubok yarışlarında yaxşı təcrübəsi olan klubdur. Çünki bu komanda son illərdə avrokubokların daimi iştirakçısıdır. Avrokubok matçları həmişə detallar üzrə oynanılır. Maraqlı oyun olacağını düşünürəm.
 
“Qarabağ” keçmiş sovet respublikalarında tətbiq olunan qış fasiləsi ilə əlaqədar fevralın 7-də mübarizəni bərpa edəcək. Onlar bu mövsüm Konfrans Liqasında yaxşı çıxış ediblər. “Bazel”ə 0:3 hesabıyla məğlub olduqları son matçı, eyni zamanda mübahisəli sayılmayan qolu da gördük. Əgər həmin qol qeydə alınsaydı bu matçda dinamika dəyişə bilərdi. Bəzi Avropa komandalarının Bakıda müxtəlif çətinliklərlə qarşılaşdığını da xatırlayıram.
 
Konfrans Liqası çətin və maraqlı turnirdir. Bu, həm də bizim üçün bir titul qazanmaq şansıdır. “Olimpik” olaraq oynadığımız bütün yarışlarda mümkün qədər yüksəklərə qalxmaq istəyirik”.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib