7 noyabr 2026. Şənbə

Fransa Kubokunun oyunu kütləvi davaya görə yarımçıq dayandırıldı


Fransa Kubokunun oyunu kütləvi davaya görə yarımçıq dayandırıldı

"Paris" və "Lion" komandaları arasında Fransa Kubokunun 1/32 final mərhələsinin oyunu yarımçıq dayandırılıb.

Corner.az-ın "Fet French Football News"a istinadən məlumatına görə, buna səbəb hər iki komandanın azarkeşləri arasında baş vermiş kütləvi dava olub.

Əvvəlcə qonaq komandanın azarkeşləri rəqib fanatlara hücum çəkib. Tribunada başlayan münaqişə daha sonra oyun meydançasında davam edib. Bu üzdən qarşılaşmanın ikinci hissəsi baş tutmayıb.

Qeyd edək ki, ilk hissədən sonra hesab 1:1 olub.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi