23 oktyabr 2024. Çərşənbə

PSJ kubok oyununa Messi'siz çıxacaq


PSJ kubok oyununa Messi'siz çıxacaq

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi "Feni-Olnua"ya qarşı ölkə kubokunun 1/32 final mərhələsinin oyununda çıxış etməyəcək.

Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisinin məşqçilər korpusu 34 yaşlı hücumçuya istirahət vermək qərarına gəlib  və bu səbəbdən onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Argentinalı futbolçu cari mövsüm Fransa Liqa 1-də 10 görüşdə meydana çıxıb, 1 qol və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Feni-Olnua" - PSJ matçı bu gecə Bakı vaxtı ilə saat 00:10-da start götürəcək.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib