Fransa çempionatının 19-cu turunun “Klermon” – “Strasburq” matçı təxirə salınıb. Corner.az xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub.
Çempionatın rəsmi saytının yaydığı məlumata görə, matç ərəfəsində “Klermon”un ev oyunlarını keçirdiyi “Qabriel Monpye” stadionunda güclü duman müşahidə olunub və hakimlər qarşılaşmanın keçirilməməsinə qərar veriblər. Matçın nə vaxt baş tutacağı isə daha sonra açıqlanacaq.
Qeyd edək ki, “Klermon” – “Strasburq” matçı bu gün keçirilməli idi. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start verilməsi nəzərdə tutulmuşdu.