6 may 2026. Çərşənbə

PSJ səfərdə, Qarabağ'ın rəqibi evdə xal itirdi


PSJ səfərdə, Qarabağ'ın rəqibi evdə xal itirdi

Fransa Liqa 1-də 19-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni vaxtda baş tutub.

Lider PSJ səfərdə “Loryan”ın qonağı olub və xal itkisi ilə üzləşib. “Lion”  doğma meydanda “Mets”i qəbul edib və  xal itirib.

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel” də  “Reyms”lə görüşdən xal itkisi ilə ayrılıb. "Monako” isə “Renn”lə ev oyununda çətin qələbə qazanıb.

“Klermon” – “Strasburq” matçı güclü duman səbəbindən təxirə salınıb.

Fransa Liqa 1, 19-cu tur

22 dekabr

Bordo – Lill 2:3
Qol
: Elis, 18; 45 – Andre, 33. B.Yılmaz, 77-pen. David, 84.

Lion – Mets 1:1
Qol
: Lukeba, 56 – Traore, 59.

Loryan – PSJ 1:1
Qol
: Monkondui, 40 – İkardi, 90+1.

Marsel – Reyms 1:1
Qol
: Payet, 90+7-pen – Ekitike, 75.

Monako – Renn 2:1
Qol
: Ben Yedder, 35-pen. Folland, 72 – Terrye, 16.

Monpelye – Anje 4:1
Qol
: Savanye, 14. Kotsa, 30. Ristiç, 51. Mavididi, 76 – Laqe, 45+1.

Nitsa – Lans 2:1
Qol
: Lemina, 63. Kluyvert, 79 – Kalimuendo, 30.

Sent-Etyen – Nant 0:1
Qol
: Muani, 83.

Trua – Brest 1:1
Qol
: Rami, 80 – Honorat, 5.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu