29 yanvar 2026. Cümə axşamı

Messinin karyerasının ən pis ilk dövrəsi


Messinin karyerasının ən pis ilk dövrəsi
PSJ-nin futbolçusu Lionel Messi karyerasının ən uğursuz mövsümlərindən birini yaşayır. Corner.az xəbər verir ki, argentinalı hücumçu Paris təmsilçisi ilə Liqa 1-in ilk dövrəsini cəmi 1 qolla başa vurub.
 
Argentinalı futbolçu ölkə çempionatında çıxdığı 11 oyunda cəmi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, 34 yaşlı futbolçunun karyerasının ən faydasız ilk dövrəsi deməkdir.
 
Messi ötən mövsüm çıxış etdiyi “Barselona” ilə 47 oyunda 38 qol vurub, 11 məhsuldar ötürmə edib. Argentinalı oyunçu bu performansına görə 7-ci dəfə “qızıl top” mükafatını qazanıb.






Fransa L.1