6 may 2026. Çərşənbə

Qarabağ'ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər


Qarabağ'ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"i baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayıra bilər.

Corner.az "Foot-sur7" nəşrinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisinin rəhbərliyi  Avropa Liqasındakı uğursuzluğuna görə belə bir qərara gəlib.

Bundan əlavə, "Marsel"in Liqa1-də sərgilədiyi oyun da qənaətbəxş hesab edilmir. Bu səbəbdən 61 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi gözlənilir.

Fransa mətbuatı komandanın sabiq baş məşqçisi Andre Villaş-Boaş və Əlcəzair millisinin sükanı arxasında olan Camel Belmadinin "Marsel"ə rəhbərlik edə biləcəyini yazıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq. Liqa 1-də 18 oyuna 33 xal toplan "Marsel" "Nitsa" ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu