6 may 2026. Çərşənbə

Azarkeşləri iki klubu Fransa Kubokundan kənarlaşdırdı


Azarkeşləri iki klubu Fransa Kubokundan kənarlaşdırdı

Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Paris" və "Lion" klubları arasında yarımçıq dayandırılmış ölkə kubokunun 1/32 final mərhələsinin oyunu barədə qərarını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, hər iki komandaya texniki məğlubiyyət verilərək, kubokdan kənarlaşdırılıblar. Bu səbəbdən "Nitsa" birbaşa 1/8 finala vəsiqə qazanıb.

Bundan əlavə, azarkeşləri "Lion"u 52 000 avro ziyana salmaqla yanaşı cari mövsümün sonunadək komandanın səfər oyunlarında iştirak edilməyəcək. "Lion" klubu üçün gələcəkdə bu hal təkrarlanarsa komanda 2022/2023 mövsümündə də Fransa Kubokdan kənardalaşdırılacaq.

"Paris" klubu isə 10 000 avro cərimələnib. Aşağı liqa təmsilçisi qarşıdakı 5 ev oyununu doğma meydanı "Şarleti" stadionunda keçirə bilməyəcək

Qeyd edək ki, "Paris" - "Lion" matçı azarkeşlər arasında kütləvi dava səbəbindən yarımçıq dayandırılıb.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu