23 noyabr 2024. Şənbə

Qarabağ'ın rəqibində koronavirus şoku


Qarabağ'ın rəqibində koronavirus şoku

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransanın  Marsel "Olimpik"ində koronavirusa yoluxma hallarının sayı artıb.

Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisinin daha 5 futbolçusu infeksiyaya yoluxub. Bunlar Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedir. Adıçəkilən oyunçuların son məşqdə məhz bu səbəbdən iştirak etmədikləri bildirilib.

Klub hələlik məsələ ilə bağlı açıqlama verməyib. İddiaya görə, Marsel şəhərinin eyniadlı təmsilçisi testlərin nəticələrini ictimaiyyətdən gizlətmək üçün bu addımı atıb.

Daha əvvəl "Marsel"in heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxub.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.







Fransa L.1

David "Lill"i tərk etməyəcək
  • Fransa L.1
  • 13:30 21.11.2024
David "Lill"i tərk etməyəcək
Klopp Fransa klubu ilə çalışacaq
  • Fransa L.1
  • 12:37 21.11.2024
Klopp Fransa klubu ilə çalışacaq
"Monako" və PSJ-dən qələbə
  • Fransa L.1
  • 01:47 10.11.2024
"Monako" və PSJ-dən qələbə