23 oktyabr 2024. Çərşənbə

PSJ-də daha 2 futbolçu koronavirusa yoluxdu


PSJ-də daha 2 futbolçu koronavirusa yoluxdu
Fransanın PSJ klubunun daha iki futbolçusunda koronavirus aşkarlanıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, bu gün yarımmüdafiəçi Anxel Di Mariya və Yulian Drakslerdən götürülmüş COVİD-19 testlərinin nəticəsi pozitiv çıxdığı vurğulanıb. Bu səbəbdən də sözügedən futbolçular karantinə alınıblar.
 
Daha öncə PSJ-də Canluici Donnarumma, Lionel Messi, Leyvin Kurzava, Xuan Bernat, Serxio Riko və Natan Bityumazalanın da koronavirusa yoluxduğu açıqlanmışdı. Onlardan Messi ilə Bernatın artıq sağaldığı və komanda ilə məşqlərə başladığı diqqətə çatdırılıb.
 
PSJ Fransa çempionatının 20-ci turu çərçivəsində Lion “Olimpik”i ilə qarşılaşacaq. Bu oyun yanvarın 9-da keçiriləcək.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib