23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ın rəqibinə qələbə üçün bir qol bəs etdi


Qarabağ'ın rəqibinə qələbə üçün bir qol bəs etdi
Fransa çempionatında 20-ci tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi olan Marsel “Olimpik”i turun açılış matçında səfərdə “Bordo”nun qonağı olub. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyəli futbolçu Cəngiz Ünder komandasına qələbə gətirən qolla 45 illik səfərdə qələbəsi həsrətinə son verib.
 
Lider PSJ bu turda Lion “Olimpik”i ilə qarşılaşacaq. “Monako” isə “Nant”la üz-üzə gələcək.
 
Bu tur keçirilməli olan “Anje” – “Sent-Etyen” və “Lill” – “Loryan” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
 
Fransa Liqa 1
20-ci tur
7 yanvar
 
Bordo – Olimpik (Marsel) 0:1
Qol: C.Ündər, 37.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib